AZ

Tramp Medvedevi Rusiyanın uğursuz sabiq Prezidenti adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə sərt cavab verib.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth social” sosial şəbəkə hesabında paylaşım edib.

"Rusiyanın uğursuz keçmiş prezidenti, hələ də özünü prezident hesab edən Medvedevə deyin ki, sözlərinə baxsın. O, çox təhlükəli əraziyə daxil olur!", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Medvedev bundan öncə bəyan edib ki, Tramp ABŞ-nin sabiq Prezidenti Co Baydenin yolu ilə getməməlidir və Rusiya onun üçün nə İsrail, nə də İrandır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
3
missiya.az

9Mənbələr