AZ

Azərbaycan tomat ixracından gəlirini 9 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 149 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

Bakues.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Təkcə iyunda isə Azərbaycan 35,2 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 24,2 % çoxdur.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
43
6
icma.az

10Mənbələr