AZ

Azərbaycan qızıl ixracından gəlirini 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 144 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bakues.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Təkcə iyunda isə Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
46
6
icma.az

10Mənbələr