AZ

DİN və DSX-dən birgə əməliyyat: saxlanılan var

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Nasib Qara oğlu Həsənov istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Seçilən
25
49
news24.az

10Mənbələr