Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Məlumata görə, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.