Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsininin cavab oyunlarına yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, Azərbaycanın 3 komandası da meydana çıxacaq.
“Sabah” növbəti mərhələ arzusunu reallaşdırmaq üçün Bakıda, “Zirə” Xorvatiyada, “Araz-Naxçıvan” isə Yunanıstanda oynayacaq.
“Sabah” – “Petrokub” cütünün güclüsü III raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) matçının məğlubu, “Hayduk” – “Zirə” cütünün qalibi “Atletik” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün güclüsü, “Araz-Naxçıvan” – “Aris” duelinin güclüsü isə “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova) İlk oyun – 2:1
Baş hakim: Danilo Nikoliç (Serbiya)
Masazır, “Bank Respublika Arena”.
22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan) İlk oyun – 1:2
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu.
23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan) İlk oyun – 1:1
Baş hakim: Luka Payretto (İtaliya)
Split, “Polyud” stadionu.