Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsininin cavab oyunlarına yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Sabah” doğma meydanda “Peteokub”u məğlub edib – 4:1. İlk matçda da qələbə qazanan (2:0) təmsilçimiz adını III təsnifat mərhələsinə yazdırıb.
Turnirdəki digər klubumuz “Araz Naxçıvan” da növbəti mərhələdə yüksəlib. Elmar Baxşiyevin yetirmələri səfərdə 2:2 hesablı nəticə ilə növbəti tura yüksəlib.
Xatırladaq ki, komandamız evdə rəqibini məğlub etmişdi – 2:1.
Naxçıvan klubu növbəti turda “Omoniya” ilə üz-üzə gələcək.
Növbəti mərhələ arzusunu reallaşdırmaq istəyən “Zirə” isə Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitsə də, rəqib əlavə vaxtlarda daha bir qol vuraraq, növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, “qartallar” Bakıda da “Hayduk”la heç-heçə etmişdi – 1:1.
UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova) 4:1
Baş hakim: Danilo Nikoliç (Serbiya)
Masazır, “Bank Respublika Arena”.
22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan) 2:2
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu.
23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan) İlk oyun – 2:1
Baş hakim: Luka Payretto (İtaliya)
Split, “Polyud” stadionu.