AZ

Avropada təbiətdə piknik üçün ən yaxşı yerlər seçildi - SİYAHI

Əgər azərbaycanlılar arasında şəhər parklarında (təkcə meşə dərinliklərində deyil) təbiətdə piknik mədəniyyəti yeni populyarlaşmağa başlayırsa, avropalılar arasında şəhər mərkəzindəki çəmənlikdə örtük salıb, ya iş günü ortasında nahar etmək, ya da axşam dostlarla əylənmək artıq adi hala çevrilib.

HİT.az xəbər verir ki, Britaniya nəşri "The Telegraph" bütün Avropada piknik üçün ən yaxşı yerləri seçib.

"Bütün qitə boyu yerli sakinlər parkları, saray bağlarını, kanal sahillərini və qəsr çəmənliklərini açıq səma altında nahar zalına çevirir. Nə tələsik, nə də dəbdəbəli serviz – sadəcə ləzzətli yemək, xoş məclis və rahatlamaq və anın zövqünü çıxarmaq üçün vaxt. Piknik (pique-nique) 17-ci əsrdə Fransada yaranıb və əvvəlcə hər kəsin öz töhfəsini verdiyi birgə nahar mənasını daşıyırdı – lakin hər ölkədə öz versiyası formalaşıb: kölgədə uzanan, tənbəl italiyan 'merenda'sından (adətən soyuq makaron və prosçutto) meşə çəmənliklərində almanların doyurucu çovdar sandviçləri və kofe söhbəti (Kaffeeklatsch) ilə başlayan, İsveçin isə darçınli çörəklərlə (kanelbullar) "fika" adətinə qədər", deyə materialın müəllifləri qeyd edir.

Reytinqə birinci olaraq Almaniyanın Münhen şəhərindəki "İngilis bağı" (Englischer Garten) seçilib - Bavariya paytaxtının ürəyində 18-ci əsrin sonunda salınmış peyzaj parkı, indi isə hipsterlər arasında məşhur istirahət məkanı. Bu nəhəng parkda bütün il boyu çayda sörfinq edənlər olur, cənub çəmənlikləri frizbi və piknik həvəskarları ilə dolur, Kleinhesseloher gölü yaxınlığındakı pivə bağları isə gurultu ilə doludur. Görünür, burada hər şeyi etmək olar – yoqa, at minmə, hətta vəhşi qoyunları müşahidə etmək. Yayda isə buradakı açıq havadaki amfiteatrda həvəskar artistlər tamaşalar səhnələşdirir, Yapon çay evində isə ənənəvi mərasimlər keçirilir.

Avropada piknik üçün 20 ən yaxşı yer:

İngilis bağı, Münhen, Almaniya
Villa Borqez bağları, Roma, İtaliya
Marqit adası, Budapeşt, Macarıstan
Mars sahəsi, Paris, Fransa
Tivoli parkı, Lyublyana, Sloveniya
Petrin təpəsi, Praqa, Çexiya
Finiks parkı, Dublin, İrlandiya
El-Retiro parkı, Madrid, İspaniya
Yurqorden adası, Stokholm, İsveç
Kayvopuysto parkı, Helsinki, Finlandiya
Dyrehaven maral parkı, Kopenhagen, Danimarka
Vondelpark, Amsterdam, Niderland
VII Eduard parkı, Lissabon, Portuqaliya
Foret de Soignes/Cinquantenaire meşə parkı, Brüssel, Belçika
Ştadtpark (Şəhər parkı), Vyana, Avstriya
Milli bağ, Afina, Yunanıstan
I Mihay kral parkı, Buxarest, Rumıniya
Bundek şəhər parkı, Zaqreb, Xorvatiya
Barrakka bağları, Valletta, Malta
Kral Lazienki parkı, Varşava, Polşa

Samir
 

Seçilən
28
7
hit.az

8Mənbələr