AZ

"Sabah"ın moldovanları 4:1 yerə “parçaladı” - VİDEO

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, "Sabah" "Petrokub"la qarşılaşıb.

İlk görüşdə rəqibinə 2:0 qalib gələn Azərbaycan kubokunun sahibi bu dəfə moldovalıları Bakıda qəbul edib.

Valdas Dombrauskasın rəhbərlik etdiyi kollektiv 4:1 hesablı qələbə ilə növbəti raunda yüksəlib.

"Sabah" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) görüşünün məğlubu ilə üz-üzə gələcək.

“Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) 4:1
Qol:
Coy Lens Mikels, 21, 28, 44, Pavol Safranko, 45+1 - Steve Solvet, 42 (avtoqol)
Baş hakim Danilo Nikoliç (Serbiya)
Ilk oyun - 2:0
Masazır. "Bank Respublika Arena"

Seçilən
130
49
sportinfo.az

10Mənbələr