Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn “Sabah”ın növbəti rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” (Bolqarıstan) olub.
Sözügedən komandalar arasında ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı. Cavab oyununun əsas vaxtı da eyni hesabla başa çatıb.
Əlavə vaxtda fərqlənən "Braqa" 3-cü mərhələyə adlayıb. "Levski" isə Konfrans Liqasında "Sabah"a rəqib olub.
“Sabah” bu mərhələdə ilk matçını avqustun 7-də səfərdə, cavab oyununu isə avqustun 14-də Bakıda keçirəcək.
Azərbaycan təmsilçisi KL-də "Petrokub"u (Moldova) mübarizədən kənarlaşdırıb - 2:0, 4:1