AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

İyulun 31-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib. 
   
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
    
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Seçilən
89
21
operativmedia.az

10Mənbələr