AZ

AMRAAM raketləri üçün 3,5 milyard dollarlıq müqavilə: ABŞ Ukrayna və müttəfiqlərini silahlandırır

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Raytheon Technologies” şirkəti ilə 3,5 milyard dollar dəyərində raket istehsalı üzrə müqavilə imzalayıb. Söhbət orta mənzilli “hava-hava” tipli AIM-120 AMRAAM raketlərindən gedir. Müqaviləyə Ukrayna ilə yanaşı, ABŞ-ın yaxın 20-yə yaxın müttəfiqi də daxildir.

Pentaqonun yaydığı məlumatda qeyd olunur ki, müqavilə yalnız raketlərin istehsalını deyil, həm də onların telemetriya sistemlərini, ehtiyat hissələrini və texniki mühəndis dəstəyini əhatə edir. Sifarişçilər arasında Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveyt də var. Raketlərin istehsalı ABŞ-ın Arizona ştatının Tusan şəhərində həyata keçiriləcək və 2031-ci ilin maliyyə ilinin üçüncü rübündə başa çatdırılması nəzərdə tutulur.

AMRAAM raketləri nədir?

AIM-120 AMRAAM – döyüş aviasiyası üçün nəzərdə tutulmuş, hədəfi vizual müşahidə məsafəsindən kənarda vura bilən orta mənzilli raketlərdir. Bu silahlar F-15, F-16, F/A-18 və F-22 tipli qırıcı təyyarələrin əsas döyüş arsenalına daxildir. Raketin bir ədədinin qiyməti 1,2 milyon dollardan 1,97 milyon dollara qədər dəyişir.

AMRAAM raketlərinin bəzi modifikasiyaları hava hücumundan müdafiə sistemlərində də – o cümlədən NASAMS sistemlərində istifadə olunur. Xüsusilə Ukraynaya verilmiş NASAMS sistemləri üçün bu raketlər həyati əhəmiyyət daşıyır.

Ukraynaya silah yardımının mexanizmi dəyişir

ABŞ-da respublikaçılar Ukraynaya silah yardımını Avropa ölkələrinin maliyyə dəstəyi ilə həyata keçirmək üçün yeni qanun layihəsi hazırlayıblar. Layihəyə əsasən, ABŞ Maliyyə Nazirliyi nəzdində xüsusi fond yaradılacaq və müttəfiqlər bu fonda vəsait köçürə biləcəklər. Müdafiə naziri isə həmin vəsaiti Pentaqonun silah tədarükü üzrə kontraktlarına yönəldəcək. Bu addım ABŞ ordusunun silah ehtiyatlarını tükətmədən Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək.

Eyni zamanda, Avropa İttifaqı daxilində də Ukraynaya silah tədarükünü gücləndirmək məqsədilə onmilyardlarla avro məbləğində ortaq borclanma təşəbbüsü gündəmdədir. Bu vəsait həm Ukraynanın müdafiəsini, həm də Avropa ölkələrinin öz hərbi imkanlarının gücləndirilməsini hədəfləyir.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
5
xalqqazeti.az

10Mənbələr