AZ

Pentaqon Ukraynaya AMRAAM raketləri göndərəcək

Hurriyyet.az xəbər verir ki, Pentaqon Ukraynaya AMRAAM raketlərinin tədarükü üçün "Raytheon" şirkəti ilə müqavilə imzalayıb.

ABŞ Müdafiə Nazirliyi ABŞ-nin  "RTX Corporation" adlı böyük silah istehsalçısının törəmə şirkəti olan "Raytheon" ilə Ukrayna və bir sıra digər ölkələrə  AMRAAM hava-hava raketlərinin (Advanced Medium-range Air-to-Air Missile) tədarükü üçün dəyəri 3,5 milyard dollar civarında olan müqavilə imzalayıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Avadanlığın istehsalının 2031-ci ilin üçüncü rübündə başa çatdırılması gözlənilir. Silahlar Danimarka, Belçika, Yaponiya, Hollandiya, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə çatdırılacaq.

Hürr Tərcüman

 

Seçilən
78
3
hurriyyet.az

10Mənbələr