AZ

ABŞ-ın Türkiyədəki səfiri Azərbaycan qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib

ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib.

APA xəbər verir ki, diplomat bu barədə “X” hesabında yazıb.

O qeyd edib ki, Azərbaycandan nəql olunacaq təbii qaz avqustun 2-dən etibarən Suriya ərazisində 5 milyon evin bu yanacaq növünə ehtiyacını təmin edəcək:

“Bu, belə bir kritik anda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan vacib bir addımdır. Qətər və onun rəhbərliyi bununla tərəfdaşlıq və dostluğu cəsarətli şəkildə nümayiş etdirdi”.

Seçilən
23
3
apa.az

4Mənbələr