ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib. APA xəbər verir ki, diplomat bu barədə “X” hesabında yazıb.
O qeyd edib ki, Azərbaycandan nəql olunacaq təbii qaz avqustun 2-dən etibarən Suriya ərazisində 5 milyon evin bu yanacaq növünə ehtiyacını təmin edəcək:
“Bu, belə bir kritik anda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan vacib bir addımdır. Qətər və onun rəhbərliyi bununla tərəfdaşlıq və dostluğu cəsarətli şəkildə nümayiş etdirdi”.