AZ

SOCAR İstiqrazlarının 15-ci kupon ödənişi edilib

Bakı. Trend:

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığıikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbətikupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarınaköçürülüb.

Trendxəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, 9 ilə yaxındır Bakı Fond Birjasında ən çoxticarət olunan korporativ istiqraz statusuna sahib SOCARİstiqrazlarının 15-ci kupon ödənişi nəticəsində investorlarınaqazandırdığı gəlir 16 milyon 875 min ABŞ dollarına yüksəlib(tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkiledəcək.)

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı FondBirjasında təqribən 76 milyon ABŞ dolları məbləğində ticarətaparılıb və 1430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazlarıburaxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara vəinvestorlara 44 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişiedilib.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki,istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 noyabr tarixindəbaş tutacaq.

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəkiSOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyətgöstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və yasocaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edəbilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmiməlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdəqeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunançağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Məqalədə:
Seçilən
3
6
az.trend.az

7Mənbələr