Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 1 avqust, AZƏRTAC
SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi avqustun 1-də istiqraz sahiblərinin hesablarına köçürülüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, 9 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 15-ci kupon ödənişi nəticəsində investorlarına qazandırdığı gəlir 16 milyon 875 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil edəcək).
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 76 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 44 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci il noyabrın 1-də baş tutacaq.
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət etmək mümkündür.
SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.