AZ

"Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib (FOTO)

Bakı.Trend:

"Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunmamərasimi keçirilib.

Trendxəbər verir ki, qaliblər mentorluq proqramı çərçivəsində təcrübəkeçəcək.

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyiarasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyeraİnkişaf Proqramının qalibləri ilə görüş keçirilib. Tədbirdən öncəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ÜmummilliLider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəmanşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri MəcnunMəmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı kəndtəsərrüfatı sahəsində fəaliyyətin daha məqsədyönlü və kompleksyanaşma əsasında qurulmasını şərtləndirir. Aqrar sahədə insankapitalının gücləndirilməsi, idarəetmə qabiliyyəti olanpeşəkarların aşkarlanması və inkişafının dəstəklənməsi xüsusiaktuallıq kəsb edir.

Nazir Məcnun Məmmədov qeyd edib ki, kənd təsərrüfatında çalışan,yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malikşəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləməkvə gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaq məqsədiləhəyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı yeniliklərə açılanqapı olmaqla fərqli düşüncə tərzi və inkişaf üçün yeniperspektivlər təqdim edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri SahibMəmmədov qeyd edib ki, bu gün aqrar sahədə müasir texnologiyalarıdərindən bilən, innovativ yanaşmalara açıq, idarəçilik qabiliyyətiyüksək kadrlar çalışır. Gənclərin bu sahəyə həvəsləndirilməsi,bilik və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərvə kənd təsərrüfatı ixtisaslarına olan böyük maraq xüsusi önəm kəsbedir. Bu baxımdan “Üfüq” Karyera İnkişaf Proqramının həyatakeçirilməsinin təqdirəlayiq olduğunu deyən Sahib Məmmədov əlavəedib ki, müsabiqə aqrar sektorda perspektivli və istedadlıgənclərin üzə çıxarılması, onların inkişafı, gələcəyinidarəçilərini formalaşmasına əlavə imkanlar açır.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsininİşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Üfüq” Karyera İnkişafProqramını kənd təsərrüfatı sahəsində peşəkar kadrların aşkaraçıxarılması üçün mühüm platforma adlandırıb. Fərhad Hacıyev qeydedib ki, bu müsabiqə ölkəmizdə ixtisaslaşmış müsabiqələrin sayınınartmasına təkan verir. Natiqlər müsabiqə iştirakçılarına uğurlararzulayıb, qaliblərin əldə edəcəyi təcrübə və biliklərin ölkəmizinkənd təsərrüfatının inkişafına layiqli töhfələr verəcəyinəəminliyini ifadə ediblər.

Tədbirdə ÜFÜQ” Karyera İnkişaf Proqramının icmal videosu nümayişolunub. Kənd təsərrüfatı nazirinin müşaviri, “ÜFÜQ” Karyera İnkişafProqramı üzrə İşçi Qrupunun rəhbəri Fərid Nəcəfov müsabiqənintəşkili ilə bağlı hesabat xarakterli çıxış edib.

Daha sonra “ “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqəninqalibləri mükafatlandırlıb, onlara diplom və hədiyyələr təqdimolunub. “ÜFÜQ” Karyera İnkişaf Proqramının İşçi Qrupunun üzvlərinəmüsabiqənin təşkilində fəal iştiraka görə təşəkkürnamələrverilib.

Tədbirin sonunda müsabiqənin İşçi Qrupu tərəfindən mentorluqproqramı çərçivəsində mentor-qalib tərəfdaşlıqları elan edilib.Bildirilib ki, müsabiqənin şərtlərinə əsasən, 30 qalibin hər biri 1il müddətində Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri iləmentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübəkeçəcək.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

6Mənbələr