AZ

Putinlə görüşə hazıram Zelenski

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə münaqişənin nizamlanmasını müzakirə etmək üçün görüşməyə hazır olduğunu bəyan edib.

Bakupost.az xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında paylaşım edib.

Volodimir Zelenski texniki məsləhətləşmələrdən dövlət başçıları arasında dialoqa keçməyi təklif edib.

O, Rusiyanın layiqli sülhə ciddi şəkildə hazır olmasının əsas şərt olduğunu bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Kiyev Donald Trampın müharibəni bitirmək səylərini dəstəkləyir: "Əgər Moskvanın bəyanatları ləngitmə taktikası deyilsə və münaqişəni sona çatdırmaq üçün real niyyətin siqnalıdırsa, biz istənilən vaxt liderlər arasında danışıqlara açıq olduğumuzu təsdiq edirik", - o yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
www.bakupost.az

4Mənbələr