Zelenski Putinlə görüşə hazır olduğunu təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə münaqişənin nizamlanmasını müzakirə etmək üçün görüşməyə hazır olduğunu bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, öz "Telegram" kanalında paylaşım edib.
Volodimir Zelenski texniki məsləhətləşmələrdən dövlət başçıları arasında dialoqa keçməyi təklif edib.
O, Rusiyanın layiqli sülhə ciddi şəkildə hazır olmasının əsas şərt olduğunu bildirib.