Görüşdə HƏMAS lideri Qəzzaya buraxılan humanitar yardımın miqdarının ehtiyacları qarşılamadığını, İsrailin atəşkəs danışıqlarında güzəştsiz mövqe tutduğunu bəyan edib.

Türkiyəli nazir bildirib ki, İsrail atəşkəs danışıqlarını uzatmaqla Qəzza əhalisinin müqavimətini qırmaq və bununla da onları vətənlərini tərk etməyə məcbur etmək istəyir. O, Türkiyənin danışıqların davam etdirilməsinə dəstəyini vurğulayıb.