AZ

Hakan Fidan HƏMAS lideri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda HƏMAS lideri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Metbuat.az xəbər verir ki, görüşdə HƏMAS lideri Qəzzaya buraxılan humanitar yardımın miqdarının ehtiyacları qarşılamadığını, İsrailin atəşkəs danışıqlarında güzəştsiz mövqe tutduğunu bəyan edib.

Türkiyəli nazir bildirib ki, İsrail atəşkəs danışıqlarını uzatmaqla Qəzza əhalisinin müqavimətini qırmaq və bununla da onları vətənlərini tərk etməyə məcbur etmək istəyir. O, Türkiyənin danışıqların davam etdirilməsinə dəstəyini vurğulayıb.

Seçilən
39
9
metbuat.az

10Mənbələr