AZ

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır” – Tramp


ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev – red.) nüvə silahı haqqında danışmağa başladı və söhbət nüvə silahından gedirsə, biz hazır olmalıyıq. Və biz tama hazırıq", - Ağ Evin rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair göstəriş verib. O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.
Seçilən
14
26
yeniavaz.com

10Mənbələr