ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.
Xezerxeber.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti Donald Tramp Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin fikirlərinə cavab olaraq deyib.
“O, nüvə silahı barədə danışırdı. Söhbət bundan gedirsə, biz hazır olmalıyıq və tamamilə hazırıq”, - Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib.
O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.