AZ

Kamçatkada son bir gündə 146 afterşok qeydə alındı

Kamçatkada iyulun 30-da baş vermiş zəlzələdən sonra 160-dan çox insan müvəqqəti yaşayış mərkəzlərində qalıb.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində bölgədə maqnitudası 3,2-6,2 arasında olan 146 afterşok qeydə alınıb.

Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 bal gücündə zəlzələdən sonra baş verən yeraltı təkanların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
2
olaylar.az

10Mənbələr