AZ

Şirvanda batan iki nəfərin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Bakues.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
29
9
icma.az

10Mənbələr