Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Metbuat.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.