Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv “Flamurtari” ilə qarşılaşacaq. Matça saat 18:00-da start veriləcək.
“Turan Tovuz” daha əvvəl Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.