Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu bu gün keçirəcək.
Modern.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi "Flamurtari" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də Mərakeş təmsilçisi "Vidad"la qarşılaşacaq.