AZ

"Turan Tovuz" Albaniya komandası ilə qarşılaşdı

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama matçını keçirib.

Axar.az xəbər verir ki, Tovuz təmsilçisi Albaniya təmsilçisi “Flamurtari” ilə qarşılaşıb.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.

Seçilən
15
19
axar.az

10Mənbələr