Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv “Vidad”la (Mərakeş) üz-üzə gələcək. Görüşə saat 18:00-da start veriləcək.
“Turan Tovuz” bundan öncə Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə edib, Albaniyanın “Flamurtari” komandasına uduzub (0:1).