Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası növbəti yoxlama oyununu keçirib.
Operativ Media xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi “Flamurtari” ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 1:0.
Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.