AZ

“Turan Tovuz” Albaniya klubuna uduzub

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi “Flamurtari” ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.

Seçilən
2
19
ikisahil.az

10Mənbələr