AZ

İngiltərə klubu hücumçu üçün Almaniya təmsilçisinə rəsmi təklif göndərib

ain.az, Sia Az saytına istinadən bildirir.

İngiltərənin "Nyukasl" klubu futbolçu Benyamin Şeşko üçün Almaniya təmsilçisi "Leyptsiq"ə rəsmi təklif göndərib. SİA "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa klubu 22 yaşlı hücumçu üçün 75+5 milyon avro ödəməyi düşünür. Sloveniyalı oyunçu ilə "Mançester Yunayted" də maraqlanır. Forvard hazırda hər iki variantı nəzərdən keçirir.

Qeyd edək ki, Benyamin Şeşko 2023-cü ildən "Leyptsiq"də çıxış edir. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub. Forvard 2024/2025 mövsümündə 45 matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
5
sia.az

6Mənbələr