AZ

İngiltərə klubu hücumçu üçün Almaniya təmsilçisinə rəsmi təklif göndərib

İngiltərənin "Nyukasl" klubu futbolçu Benyamin Şeşko üçün Almaniya təmsilçisi "Leyptsiq"ə rəsmi təklif göndərib.
 
Premyer Liqa klubu 22 yaşlı hücumçu üçün 75+5 milyon avro ödəməyi düşünür.
 
Sloveniyalı oyunçu ilə "Mançester Yunayted" də maraqlanır. Forvard hazırda hər iki variantı nəzərdən keçirir.
 
Qeyd edək ki, Benyamin Şeşko 2023-cü ildən "Leyptsiq"də çıxış edir. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub. Forvard 2024/2025 mövsümündə 45 matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
136
5
moderator.az

6Mənbələr