AZ

Qarabağ dan yubiley qələbəsi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb. 

Fanat.Az xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
8
fanat.az

10Mənbələr