Regional paytaxtdan 196 kilometr aralıda yerləşən Kamçatkada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofiziki Tədqiqatlar Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.
"Petropavlovsk-Kamçatskidən məsafə 196 kilometrdir. Dərinlik (KM): 59,8, maqnituda: 6,1", - məlumatda deyilir.
İyulun 30-da Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8 olub. Sunami təhlükəsi elan edilib və təhlükəli ərazilərdə yaşayan sakinlərdən sahilə yaxınlaşmamağa çağırılıb.