AZ

Şahin Şıxlinski Moskva SAXLANILDI - Yekaterinburqa gətirildi

Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski Moskvadan Yekaterinburqa gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Şıxlinski Azərbaycan səfirliyindən çıxan kimi Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O daha əvvəl Rusiyada axtarışa verilmişdi.

Məlumata görə, o, hazırda daha öncə saxlanmaların baş verdiyi cinayət işlərindən biri üzrə istintaq hərəkətlərində iştirak edir.

Xatırladaq ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda saxlanılıb. Bu zaman Şahin Şıxlinskiyə Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən zor tətbiq olunub.

Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvalı Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb. Bir neçə gün sonra isə Mutvalı guya “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə" ittihamı ilə 2 ay müddətinə həbs olunub.

Bizim.Media

Seçilən
15
2
bizim.media

10Mənbələr