AZ

"Qəbələ" üçün dördüncü “qurban” - "İmişli"

"Qəbələ" və "İmişli" arasında yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Görüş "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ"nin heyətində qolları Domi Massumo və Pirins Ovusu (dubl) vurublar.

Yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt" (1:0) ilə qarşılaşıb.

"İmişli" isə daha əvvəl"Araz-Naxçıvan"ın əvəzedici komandası (2:1), "Sabah"ın əvəzedici komandası (2:1), "Sumqayıt" (0:0) və "Karvan"la (1:2) üz-üzə gəlib.

Seçilən
7
14
sportinfo.az

10Mənbələr