Şəmkir rayonunda yanğın hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən çay evində qəfil yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində çay evi içərisindəki əşyalarla birlikdə yanıb. Alov söndürülüb, ətrafdakı bir neçə tikili yanğından mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta