AZ

Şəmkirdə çay evi yanıb

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən çay evində qəfil yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində çay evi içərisindəki əşyalarla birlikdə yanıb. Alov söndürülüb, ətrafdakı bir neçə tikili yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
0
14
anews.az

10Mənbələr