Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla keçirilən "Vugar Gashimov Open 2025" beynəlxalq şahmat turnirinə yekun vurulub.
9 turdan sonra hamıdan çox 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb. Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
Qeyd edək ki, turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb.
11-ci dəfə keçirilən "Vugar Gashimov Open" cari il "Azərbaycan Şahmat Turu" layihəsinə daxil edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta