AZ

Vugar Gashimov Open 2025 beynəlxalq şahmat turnirinə yekun vurulub FOTOLAR

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığıyla keçirilən "Vugar Gashimov Open 2025" beynəlxalq şahmat turnirinə yekun vurulub. SİA AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 9 turdan sonra hamıdan çox, 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb.

Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Qeyd edək ki, turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb.

11-ci dəfə keçirilən "Vugar Gashimov Open" cari il "Azərbaycan Şahmat Turu" layihəsinə daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
10
sia.az

10Mənbələr