AZ

"Qarabağ" Şimali Makedoniyaya yollandı - FOTOLAR

BAKI. 5 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək "Qarabağ" ilk oyun üçün Skopyeyə yollanıb.

Teleqraf xəbər verir ki, səfərə çıxanlar arasında klub prezidenti Tahir Gözəl də var.

Bu gün komandanın "Todor Proeski" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq.

"Şkendiya" və "Qarabağ" arasında ilk görüş avqustun 5-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavab görüşü avqustun 12-də olacaq.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr