AZ

"Qarabağ" səfərə yollandı - FOTOLAR

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək "Qarabağ" ilk oyun üçün Skopyeyə yollanıb.

Fanat.Az xəbər verir ki, klub prezidenti Tahir Gözəl də komanda ilə birgə səfərə çıxıb.

Bu gün komandanın "Todor Proeski" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq.

"Şkendiya" və "Qarabağ" arasında ilk görüş avqustun 5-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavab görüşü avqustun 12-də olacaq.

Seçilən
15
2
fanat.az

3Mənbələr