AZ

Rusiyada 6.5 bal gücündə zəlzələ oldu

Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, Rusiya KİV-nin yaydığı məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.

Zəlzələnin episentrinin Severo-Kurilsk şəhərindən 232 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir. Yeraltı təkanların ocağı 62 kilometr dərinlikdə olub.

Severo-Kurilskdə zəlzələ 3-4 bal gücündə hiss edilib. Məlumata görə, sunami təhlükəsi elan olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
5
olaylar.az

8Mənbələr