Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.
Gundem.az xəbər verir ki, Rusiya KİV-nin yaydığı məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.
Zəlzələnin episentrinin Severo-Kurilsk şəhərindən 232 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir. Yeraltı təkanların ocağı 62 kilometr dərinlikdə olub.
Severo-Kurilskdə zəlzələ 3-4 bal gücündə hiss edilib. Məlumata görə, sunami təhlükəsi elan olunmayıb.