AZ

Basketbol üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib

Bakı. Trend:

Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Bakıda keçiriləcəkmərhələsinin iştirakçıları müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından Trend-ə verilən məlumatagörə, yarışda 13-ü milli, 3-ü klub olmaqla ümumilikdə 16 komandaiştirak edəcək.

Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25),Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviyayığmaları və Xorvatiyanın “Zaqreb”, Çinin “Şanxay”, Rumıniyanın“Rapid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsininoyunları Fəvvarələr Meydanında baş tutacaq.

Seçilən
20
1
az.trend.az

2Mənbələr