“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.
İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 109 700 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.
Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olan kredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.
Bizi sosial şəbəkələrdən izləyin!!