AZ

109 minlik ipoteka krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

“PAŞA Həyat Sığorta”nın yaydığı məlumatda bildirilir ki, ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 109 min 700 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.

Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.

Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olan kredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.

Seçilən
9
6
marja.az

7Mənbələr